`Erməniləri Bakıya gəlməyə mən razı saldım`

`Erməniləri Bakıya gəlməyə mən razı saldım`
  26 İyun 2015    Oxunub:3556
Avropa Olimpiya Komitələrinin sədri Patrick Hickey deyib ki Azərbaycanda insan haqqları sahəsindəki vəziyyətlə bağlı bu ölkəyə Avropa Oyunlarına ev sahibliyinin verilməsi qərarına qarşı yönələn tənqidə rəğmən o, bu məsələ ilə əlaqədar özünün məhdud səlahiyyəti çərçıvəsində əlindən gələni edib.
AzVision.az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, "Biz Amnesty İnternational və Avropa Birliyi ilə görüşlər keçirib onları dinləmişik, və onların narahatlıqlarını Azərbaycanın ən yüksək səlahiyyət sahiblərinə çatdırmışıq," 70 yaşı sırf təsadüf nəticəsində Oyunlar keçirilən vaxta təsadüf edən Hickey Franse Press agentliyinə müsahibəsində deyib.

"Biz nə mümkün idisə onu etdik, bizim bir dövlətə onun nə etməli olduğunu demək dərəcəsində səlahiyyətimiz yoxdu".

"Biz yumşaq diplomatiyadan istifadə etdik, o diplomatiya ki, bu tipli incə məsələlərlə əlaqədar işlənə bilər".

"Mən hesab edirəm ki, biz yaxşı davranmışıq və düzgün metodlardan istifadə etmişik", o əlavə edib.

Hickey deyib ki, bu dəqiqəyə kimi ona ən çox xoş gələn Oyunların dəbdəbəli və heyrətamiz açılış mərasimi olub, buraya pop-ulduz Lady Gaganın "İmagine" (Təsəvvür Et) mahnısını ifa etməsi də daxildir.

Ermənistanla Azərbaycan arasında qarşılıqlı nifrətə baxmayaraq, birincinin oyunlara qatılmasını təmin etməsini Hickey öz nailiyyəti sayır.

O deyir ki, bu sahədə onun diplomatik səyləri çox gözəl bəhrə verib.

"Mən burada bir saat ərzində Ermənistan nümayəndə heyətinin başçısı ilə görüşdüm və o, onlara qarşı münasibət və hörmətdən çox razıdır".

"Doğrudur, onlar stadionda görünəndə, səs-küy və narazılıq əlaməti gözə çarpdı, lakin siz Avropada bir futbol oyununa getsəniz, ora ilə heç bir fərq olmayacaq!"

Oyunların gələcəyi

Öz yetirməsi olan Avropa Oyunlarının gələcəyinə gəlincə - nəzərə alsaq ki, çoxları bu oyunların ikincı dəfə keçiriləcəyinə şübhə ilə baxır - Hickey-nin yanaşması birmənalıdır. Onun dediyinə görə, ikinci oyunlar bəlkə də bu səviyyədə keçirilməsin, lakin ev sahibi olan ölkəyə uyğun şəkildə olacaq.

"Mən nəinki demək istərdim ki, mən əminəm, mən bu barədə tamamilə müsbət əhval-ruhiyyədəyəm (oyunların gələcəyi barədə)," Hickey deyib.

"Biz altı şəhərin Oyunlarda (2019-cu ildə) maraqlı olduğunu bilirik. Ən maraqlısı isə odur ki, iki şəhər Oyunlar başlayandan sonra bizə müraciət ediblər.

"Bu çox yaxşıdır, çünki onlar bu oyunların nə olduğunu gördülər və ona görə bizə müraciət etdilər.

"Biz indiki Oyunların müvəffəqiyyətlə sona çatması üçün çalışacağıq, qısa fasilədən sonra isə bu ilin axırına kimi 2019-cu ildə hansı şəhərin oyunlara ev sahibliyi edəcəyini elan edəcəyik.

"İkinci oyunlar tamamilə başqa olacaq və bu da Avropanın gücüdür. Biz gərək heç vaxt öz milli dadlarımızı və məzəmizi itirməyək, misal üçün fransızların ilbizlərə, rusların isə balıq kürüsünə olan sevgisini.

"Hər bir avropalı özünəməxsusluğunu qorumalıdı və eyni zamanda başqa avropalılarla da təmasda olmalıdı.

"Onu da deyim ki, mən ilbiz yeməyi xoşlayıram!" fransız əsilli xanımla evli olan Hickey müsahibəsində əlavə edib.


Teqlər:





Xəbər lenti