İrəvanda etirazçılardan daha bir tələb

İrəvanda etirazçılardan daha bir tələb
  26 İyun 2015    Oxunub:2641
İrəvanda aksiya iştirakçıları yeni tələb irəli sürüblər.
Mitinq iştirakçıları həmçinin ötən il elektrik enerjisi qiymətlərinin qaldırılması ilə bağlı qərara yenidən baxılmasını tələb ediblər. Bu barədə kütləvi aksiya zamanı bəyan edilib.

İndiyədək etirazçıların əsas tələbi iyunun 17-də elektrik enerjisi qiymətlərinin 16% artırılmasının ləğv edilməsi idi. Hökumətin bu addımı insanların kütləvi şəkildə etiraz mitinqinə toplaşmasına səbəb olub. Hazırda mitinqdə 5 mindən çox adamın iştirak etdiyi bildirilir. Havanın yağışlı olmasına baxmayaraq, insanlar meydanı tərk etmir.


Teqlər:  





Xəbər lenti