Almaniya kimləri silahlandırır? - Die Welt
AzVision.az Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, ölkənin iqtisadiyyat naziri həmçinin açıqlamasında onların satdığı silahların terrorçuların və diktatura rejimli ölkələrin əlinə keçdiyi halda çoxlu insanın tələfatına yol açacağını bildirib. Ümumiyyətlə, Almaniyanın 2014-cü ilə olan silah ixracat göstərisi 9,6%-dən 5,5%-ə düşərək, yarıbayarı azalıb. Amma Berlin hərbi sənayeni ixtisar etmək istəmir. Çünki bu, iş yerlərinin azalması deməkdir.
Səudiyyə Ərəbistanı Almaniyanın əsas silah alan tərəfdaşı, Yaxın Şərq ölkələri Almaniyanın əsas silah bazarıdır. Ər-Riyad 2014-cü ildə Almaniyadan idxal etdiyi 209 milyon avroluq silah sayına görə Berlinin silah satdığı 6-cı ən böyük ölkə sayılır.
“Die Welt”in yazdığına görə, 2015-ci ilin əvvəlində Almaniya Səudiyyə Ərəbistanına 110 milyon avro dəyərində silah satıb. Əlbəttə, bu silahlar Yaxın Şərqdə terror qruplarına, cihadçılara gedib çıxır ki, bu da Yaxın Şərqdə gərginliyin və insan təlafatının davam etməsi ilə nəticələnir.
Fərrux Həsənov