37 turisti öldürən şəxs tapıldı

37 turisti öldürən şəxs tapıldı
  27 İyun 2015    Oxunub:2471
Tunis polisi Sus şəhərində çimərlikdə turistləri güllələyən terrorçunun kimliyini müəyyən edib.
AzVision.az-ın məlumatına görə, kütləvi qətli 23 yaşlı Seyfuddin Ər-Rezki törədib. Ali təhsili olan Seyfuddin Ər-Rezki bir neçə tələbə yoldaşı ilə Kayruan şəhərində radikal dini dərnəklərə baş çəkirmiş. Məlum olub ki, terrorçu təkbaşına fəaliyyət göstərib. Atışma nəticəsində o, zərərsizləşdirilib. Bundan başqa iki nəfər tutulub.

Qeyd edək ki, iyunun 26-da Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində Böyük Britaniya, Almaniya və Belçikadan olan 37 nəfər qətlə yetirilib. 36 turist isə yaralanıb.


Teqlər:  





Xəbər lenti