Ermənilər Permyakovu cəzalandıracaq

Ermənilər Permyakovu cəzalandıracaq
  27 İyun 2015    Oxunub:3306
Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeriy Permyakovun cinayət işi Ermənistana təhvil verilib.

AzVision. az
xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Xəbərə əsasən cinayət işi ilə bağlı materialların Ermənistana təhvil verilməsi iki ölkə arasında mövcud olan anlaşmaya əsasən həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb. Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.

Qeyd edək ki, 1937-ci ildə Tbilisidə anadan olan V. İonesyan isə SSRİ-də ilk silsilə qətllər törədən qatillərdən olub. O, adətən qurbanlarının evinə özünü Moskva şəhər Qaz İdarəsinin əməkdaşı kimi təqdim edərək daxil olduğuna görə, “Mosqaz” ləqəbi ilə tanınıb. V. İonesyan 1963 və 1964-cü illərdə Moskva və İvanovo şəhərlərində ümumilikdə 5 nəfəri qətlə yetirib. Qətllərdən öncə isə o, müxtəlif cinayətlər törətdiyinə görə, həbs olunub.

V. İonesyan törətdiyi qətllərə görə, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib və 1964-cü il fevralın 1-də güllələnib.


Teqlər:  





Xəbər lenti