Özünə gəl, Qogiya!

Özünə gəl, Qogiya!
  27 İyun 2015    Oxunub:3226
Tbilisidə yerləşən “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə regional qrupunun aparıcı məruzəçisi Georgi Qoqiya yenidən Azərbaycanı tənqid edib.

Regional məruzəçi olmasına baxmayaraq Qoqiya öz hesabatlarını yalnız Azərbaycana həsr edir.

O, icmallarında Cənubi Qafqaz respublikalarının müqayisəli məlumatlarından istifadə etməlidir. Əvəzində isə Qoqiya yalnız Azərbaycan haqqında yazır. Məgər, Serj Sarkisyanın ölkəsində insan haqları ilə bağlı vəziyyət bu qədər yaxşıdır? Deməli başqa xalqların azadlığına qəsd edən xalqın azad olmadığını iddia edən klassiklər yalan deyib... Gürcüstanda isə siyasi repressiyalar adi hala çevrilib. Milli Birlik Hərəkatı partiyasının bəyanatına əsasən orada artıq 80-dən çox siyasi məhbus var.

Niyə Qoqiya və başqaları bu haqda danışmır, qonşu Ermənistandakı hadisələrə göz yumurlar, Azərbaycanı isə daimi tənqid obyektinə çevirirlər. Görünür, onlar da “Reuters” telekanalının Cənubi Qafqaz üzrə nümayəndəsi, erməni əsilli Marqarita Antidze kimi qərəzli mövqe nümayiş etdirirlər. İstisna olunmur ki, bu xüsusi missiyanı həyata keçirənlər ya erməniləşmiş gürcülər, ya da gürcüləşmiş ermənilərdir. Onların fəaliyyətinin əsas hədəfi Azərbaycan – Gürcüstan əlaqələrinin parçalanmasıdır. Bütün faktlar bunu göstərir.

Əgər Azərbaycan buna reaksiya versə, Azərbaycan mediası və ekspertləri Gürcüstanın daxili problemlərini qabartsa, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılarının tapdalanmış hüquqlarının müdafiəsi üzər tədbirlər görməyə başlasa onda nə olacaq? Hələ gec deyil. Gürcüstan hökuməti, media və ictimai fəalları ayılmalıdırlar...

Azvision.az


Teqlər:  





Xəbər lenti