Küveytdəki terrorda azərbaycanlılar xəsarət almayıb

Küveytdəki terrorda azərbaycanlılar xəsarət almayıb
  27 İyun 2015    Oxunub:2422
Küveytdəki əl-Küveyt məscidində törədilmiş terror aktı zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.
Bunu Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən deyiblər. Səfirlik Küveytdə yaşayan həmvətənlərini ehtiyatlı və diqqətli olmağa, eləcə də insanların toplaşdığı yerlərə getməməyə çağırıb.

Hazırda Küveytdə təqribən Azərbaycanın 50 vətəndaşı müvəqqəti yaşayır. Qeyd edək ki, iyunun 26-da törədilmiş terror aktında 24 nəfər həyatını itirib.


Teqlər:  





Xəbər lenti