İncil əvəzinə iPad-ə and içdilər

Atlantik Siti şəhərinin yanğın təhlükəsizliyinə nəzarət üçün xidmətə başlamağa hazırlaşan bir qrup yeni işçi əl basmaq üçün İncil axtarıb. Çünki xidmətə başlamaq üçün mütləq İncilə əl basaraq and içmək lazım olub. İncili tapa bilmədiklərinə görə ya mərasimi ləğv etməli, ya da analoji variant tapmalı idilər. Beləliklə, İncil kitabı yüklənmiş iPad onların köməyinə çatıb. Yeni yanğınsöndürənlər iPad-ə əl basaraq xidmətə başlayıblar.