Gey-paradda atəş açıldı, yaralı var

Gey-paradda atəş açıldı, yaralı var
  28 İyun 2015    Oxunub:4893
ABŞ-da eynicinsli nigahların leqallaşdırılması münasiətilə San-Fransiskoda keçirilən gey-paradda atışma olub.

AzVision.az `Assoşieyted Press`-ə istinadən xəbər verir ki, parada qatılan bir neçə gənc mübahisə edib, sonra atəş açıblar. Nəticədə 64 yaşlı kişi qolundan zədələnib. Bir neçə nəfər həbs olunub.

Atəş açılandan sonra insanlar hadisə yerindən qaçmağa başlayıblar. Ora silahlı polislər gəlib.

Hadisə nəticəsində `bayram` münasiətilə keçirilməli olan konsert də ləğv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti