İlk Avropa Oyunlarının Bağlanışı - VİDEO, FOTOLAR

İlk Avropa Oyunlarının Bağlanışı - VİDEO, FOTOLAR
  29 İyun 2015    Oxunub:21319
İlk Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı.

* * *

Britaniyalı müğənni Con Nyuman səhnədədir

* * *

“Brit” mükafatı nominasiyasına layiq görülmüş “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” sinqllarını və “Rather be” beynəlxalq himnini ifa edirlər.

* * *

Avropa Oyunlarının məşəli söndürüldü...

* * *

Mğhtəşəm işıq şousunun fonunda qeyri-adi aranjmanda `Sarı Gəlin` səslənir.

* * *

Meydanın üzərində alovdan Simurq quşu fiquru yaranır

* * *

Qum rəssamının çəkdiyi şəklə uyğun olaraq, meydanda alov şousu başlayır

* * *

Səhnədə Atəşgahın maketi peyda olur... Azərbaycan muğamları əsasında yaradılmış kompozisiya səslənir. Rəssam qum ilə Azərbaycan mifologiyasındakı obrazların şəkilləri çəkilir.

* * *

İlk Avropa Oyunlarının ən vacib məqamlarından ibarət videokollaj nümayiş etdirilir.

* * *

Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.

* * *
Sinəsində ekran-lövhələr olan rəqqaslar qrupu səhnədə break stilində kütləvi rəqs nümayiş etdirirlər. Simvolik olaraq enerjinin insandan-insana ötürülməsi göstərilir...

* * *

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edir.

Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edir.

* * *

İdmançıların paradı bitir və möhtəşəm atəşfəşanlıq keçirilir.

* * *

Azərbaycan idmançıları meydana çıxdılar...

* * *

İştirakçı dövlətlərin bayraqları uşaq xorunun müşayiətilə meydana daxil olur...

* * *

Könüllülərin fəaliyyətindən bəhs edən video göstərildi

* * *

Qız Qalası Alov Qüllələrinə çevildi: Bakının qədimliyinin və yeniliyinin simvolları bir-birilə əlaqləndirildi...

* * *

Səhnədə Qız Qalasının maketi və rəqqaslardan ibarət böyük butalar var. Kütləvi rəqs səhnəsi göstəilir... Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır.

* * *

Hazırda Azərbaycan xalq musuqi və rəqsləri ifa olunur. Hamısı fərqli aranjman və tərtibatdadır.

* * *

Bu dəfə geriyə sayım Azərbaycan xalçalarının ilmələrilə olub. Sonra Eurovisiondakı keçmiş iştirakçılarımız Azərbaycan himnini oxuyublar.

Bakıda, Olimpiya stadionunda İlk Avropa Oyunlarının Bağlanış Mərasimi başlayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti