Bütün dünya Azərbaycandan danışır - Video

Bütün dünya Azərbaycandan danışır - Video
  29 İyun 2015    Oxunub:6225
Dünyada öndə gedən mətbu orqanları Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında geniş məlumat verib.

AzVision.az xəbər verir ki, Avropanın Sportsmax.tv saytının yaydığı məqalədə Milli Olimpiya Stadionunda göz oxşayan mərasimin keçirildiyini qeyd edilir. Məqalədə bildirilib ki, bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir.

Daha sonra “France presse” agentliyi də bağlanış mərasiminə geniş yer verib. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib və rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa oyunları üçün ideal sonluq kimi qeyd edilib. Agentlik həmçinin idmançıların təəssüratlarını da dərc edib.

Eyni zamanda şimal qonşumuz olan Rusiyanın “Rossiya24” televiziya kanalı möhtəşəm İlk Avropa Oyunlarının ağlanış mərasimi ilə bağlı video-material hazırlayıb. Materialda müxbir qeyd edir ki, bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub. Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır:

“Amma dünya tezliklə Bakının təqdimatında “Formula 1” və futbol yarışlarını izləyəcək”.

Türkiyə məbuatı da Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında geniş yer ayırıb. Zaman, trthaber, Anadolu agentliyi və digər saytlar Bakıda keçirilən bağlanış mərasiminin möhtəşəmliyi ilə seçildiyini yazıb.

Məqalələrdə xüsusilə Azərbaycanın ən yüksək standarta uyğun idman tədbiri keçirdiyi və bu idman həmrəyliyinin nümunəsi olduğunu diqqətə çatdırıblar.

Türkiyənin NTV SPOR saytı da I Avropa Oyunlarının bağlanışını oxucuları ilə paylaşıb. Mərasimdən fotoları təqdim edən internet resursu 68 min tamaşaçının izlədiyi görkəmli tədbirin yekunlaşdığını qeyd edib.





Teqlər:  





Xəbər lenti