Yaponiya-2014 Dünya Kubokunun ilk komandası

Yaponiya-2014 Dünya Kubokunun ilk komandası
  04 İyun 2013    Oxunub:1550
Braziliyada keçiriləcək 2014 Dünya Kubokuna getməyi təmin edən ilk komanda Yaponiya yığması olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Milli Komandası, bu gün keçirdiyi oyunda son dəqiqədəki penalti qoluyla Avstraliya ilə 1-1 bərabərə qalaraq Braziliyada keçiriləcək “FIFA 2014” Dünya Kubokuna gedən ilk komanda olub. “FIFA 2014”Dünya Kubokunun Asiyadakı seçmələrində Avstraliya, İordaniya, Oman və İraq ilə B qrupunda mübarizə aparan qrup lideri Yaponiya, yeddinci matçında ikinci sırada qərarlaşan Avstraliya millisini qəbul edib.

Ağır keçən oyunda son dəqiqlərdə iki qol vurulub. Belə ki, Avstraliya yığmasında Tommy Oar-ın 82 dəqiqədə vurduğu qola, Yaponiya yığmasının üzvü Keisuke Honda 90+1vurduğu penalti qolu ilə cavab verib. Bununlada qarşılaşma 1-1 bitib.

Belə olduğu halda xalını 14-ə çatdıran Yaponiya millisi qrupda 2 oyununun qalmasına baxmayaraq qrup liderliyini təmin edib. Belə ki, qrup ikincisi Avstraliya yığması ilə arasında 7 xal fərqi yaradan Yaponiya millisi 2014 Dünya Kubokuna qatılan ilk ölkə adını qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti