Dərmanlara gömrük rüsumu ləğv olunur

Dərmanlara gömrük rüsumu ləğv olunur
  05 İyun 2013    Oxunub:1547
Azərbaycanda dərman preparatları gömrük rüsumundan azad olunacaq.
Bu güzəşt Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında müzakirə olunan «Gömrük tarifi haqqında» qanun layihəsində əksini tapıb. Bildirilib ki, layihə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacaq. 5 fəsil, 23 maddədən ibarət sənəd Azərbaycanın milli maraqları nəzərə alınmaqla Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğun hazırlanıb.

Layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sonra «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti