Arda Turan `Barselona`da

Arda Turan `Barselona`da
  06 İyul 2015    Oxunub:2646
"Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın karyerasını "Barselona"da davam etdirəcəyi dəqiqləşib.
"El Mundo Deportivo"nun verdiyi xəbərə görə, tərəflər 27 yaşlı futbolçunun transferini həll ediblər.

Məlumatda bildirilir ki, "Barsa" Ardaya görə 34 milyon avro ödəyəcək. Daha 7 milyon avro futbolçunun oynamasından asılı olaraq bonus formasında əlavə edilə bilər.

Beləliklə də anlaşmanın ümumi dəyəri 41 milyon avro təşkil edəcək. Bu məbləğ Ardanın müqaviləsində yazılan satış opsiyasına bərabərdi.


Teqlər:  





Xəbər lenti