Xalidə Xalidin oğlu: “Anamla heç nə danışa bilmədik”

 Xalidə Xalidin oğlu: “Anamla heç nə danışa bilmədik”
  05 İyun 2013    Oxunub:1224
“Yaxın günlərdə gələcəm”
İranda həbs olunan azərbaycanlı yazar dünən axşam ailəsi ilə əlaqə saxlayıb. Bu barədə Azvision.az-a Xalidə Xalidin oğlu Xalid Məmmədov məlumat verib. Xalid Məmmədov bildirib ki, anası ilə çox danışa bilməyiblər.Yazar övladlarına sağ salamat olduğunu və yaxın günlərdə qayıdacağını deyib.

“Anamla çox danışa bilmədik. Yalnız səsindən hiss etdim ki, səhhəti yaxşıdır. Bizə dedi ki, darıxmayın yaxın günlərdə gələcəyik. Birdə səfirlikdə olduğunu bildirdi. Başqa heç nə danışa bilmədik”.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti