Dinara Yunus kimlərdən yardım istəyir? – DOSYE

Dinara Yunus kimlərdən yardım istəyir? – DOSYE
  07 İyul 2015    Oxunub:28082
Azərbaycan dövlətinə xəyanətdə günahkar bilinən Leyla və Arif yunusların iyulun 13-də məhkəməsi keçiriləcək. İndidən başa düşmək çətin deyil ki, bu, çox maraqlı və eyni zamanda, gərgin məhkəmə prosesi olacaq. Çünki həmin iki insan uzun illər ermənipərəst mərkəzlərin Azərbaycandakı əsas nüfuz agentləri olublar. Və onları müdafiə etmək üçün ermənipərəst qüvvələr bütün resurslarını səfərbər edəcəklər.

Yəni söhbət təkcə iki nəfərin yox, belə deyək, Azərbaycanda ermənipərəst agenturanın gələcək taleyindən gedir. Ona görə də, indidən Leyla və Arif yunusların arxasında dayananlar aktivləşiblər. Aktivləşdikcə isə kim olduqları daha aydın görünür.

Prosesin başlanğıcı ənənəvi ssenari üzrədir: kimsə yardım istəməlidir ki, cənablar işə qarışsınlar. Həmin kimsə hazırda Yunus ailəsinin Avropadakı ermənipərəst mərkəzlərə sığınaraq, Azərbaycan əleyhinə fəal iş aparan qızı Dinara Yunusdur.

O, özünün `Tvitter`dəki mikrobloqunda anası Leyla Yunusun məhkəmə baxışının 13 iyul tarixində keçiriləcəyini bildirib və bunun ictimailəşdirilməsi, siyasiləşdirilməsi üçün Avropa təsisatlarında çalışan yüksək rütbəli ermənipərəst şəxslərdən yardım istəyib. Bununla da `va-bank`a gedib: kimə arxalandıqlarını açıq ortaya qoyub.



Dinaranın imdad istədiyi bu şəxslər kimdir? Erməni maraqlarına xidmət edən şəbəkənin üzvləri! Bunu bizim apardığımız araşdırma da təsdiqlədi. Onlar həmişə Avropa Şurasında və onun təsisatlarında Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub, imkan düşdükcə ölkəmizə zərbə vurmağa çalışıblar.

Gəlin, Dinaranın arxasında duranlarla bir-bir tanış olaq.

Onlardan birincisi Avropa Şurasının Baş Katibi Torboyn Yaqlanddır. Yada salaq: cənab Yaqland bu ilin 22 aprel tarixində İrəvanda keçirilən “Genosid cinayətlərinə qarşı” adlı beynəlxalq forumda çıxış edərək, erməni xalqına öz dəstəyini açıq şəkildə göstərmişdi. O, `böyük ürək ağrısı ilə` qeyd etmişdi ki, `ermənilər 100 il öncə vəhşicəsinə qətlə yetiriliblər`.

Biz, əlbəttə, bu yalanlardan doymuşuq və bu, səbəbdən, onun təkzibinə vaxt sərf etmək istəmirik. Amma vacib nüans: müasir dünyada `erməni soyqırımı`na inanıb-inanmamaq vicdan və ya tarix məsələsi deyil, siyasi mövqe məsələsidir. `Erməni soyqırımı olub` deyənlər bununla öz mövqelərini – ermənipərəst mövqelərini!!! - ortaya qoyurlar. Eynilə cənab Yaqland kimi.



Həmin tədbirdən sonra isə Yaqland Ermənistan prezidenti Serj Sərkisyanla ikili görüş keçirərək, görünür, Azərbaycana qarşı gələcək qarayaxma kampaniyaları ilə bağlı fikir mübadiləsi aparıblar.

Təbii ki, Yaqlandın anti-Azərbaycan mövqeyi təkcə ermənilərə dəstəyilə yekunlaşmır. O, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının da aktiv üzvlərindəndir. Məsələn, bu ilin 16 iyun tarixində tvitter səhifəsində Emin Hüseynovun Azərbaycanda ittiham edilməsinin yalnış olduğunu, `yaxşı ki İsveçrənin onu buradan çıxardığını` bildirmişdi.



İndi isə Dinaranın imdad istədiyi ikinci şəxslə yaxından tanış olaq: görək, kimdir bu Frank Şvab?



Frank Şvab Almaniya Parlamentinin üzvüdür, orada Sosial Demokrat Partiyasını təmsil edir. Onun ermənipərəstliyini ifşa edən yüzlərlə fakt var. Amma çox da uzağa getməyək.

Bu ilin 23 aprel tarixində Almaniya Prezidenti Yoakim Qaukun Berlin kafedral kilsəsində `erməni soyqırımı` ilə bağlı keçirilən tədbirdə `soyqırım` sözünün işlədib-islətməməsilə bağlı hökumətdaxili müzakirələr keçirilmişdi. Almaniya Xarici İşlər Nazirliyi qeyd etmişdi ki, `soyqırım` sözünün işlədilməsi Türkiyə ilə diplomatik münasibətlərə xələl gətirə bilər. Lakin Frank Şvab hətta öz ölkəsinin maraqlarını belə, erməni maraqlarından aşağı tutmuş, kəskin mövqe göstərərək, tələb etmişdi ki, Alman höküməti `erməni soyqırımı` sözünü açıq şəkildə söyləməlidir!
Həmin müzakirələrlə bağlı Buradan daha geniş məlumat almaq olar.



Bəli, bu, həmin Şvabdır ki, bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanla bağlı qətnamədə `Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi` sözlərinin sənəddən çıxarılması, əvəzində Leyla Yunus və Arif Yunus cütlüyünün adının daxil edilməsində ən aktiv təşəbbüskarlardan biri olmuşdu. Bu haqda daha ətraflı iclasın stenoqramından məlumat almaq olar.

Şvabın Azərbaycanda keçirilən ilk Avropa Oyunları və Azərbaycanda insan hüquqları ilə bağlı intervyusu isə onun ölkəmizə qarşı olan qərəzli mövqeyini bir daha aydın göstərir.



İndi isə keçək Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçekə Bu ad artıq Azərbaycanda çoxlarına tanışdır. O, Avstriyanın ilk siyasətçisidir ki, lezbiyan olduğunu 1995-ci ildə açıq şəkildə ictimaiyyətə bildirmişdi. Bizim onun lezbiyan olması və ya cinsi azlıqları müdafiə etməsilə bağlı heç bir iradımız yoxdur, şəxsi işidir. Ancaq onun ermənipərəst olması və buna görə də daim Azərbaycana qarşı qərəzli mövqe göstərməsi heç kimə sirr deyil. Avropa Parlamentində onun dəstəyilə Azərbaycana qarşı qurulan kiçik və cılız oyunlar hər kəsə məlumdur.



Onun ermənipərəstliyinə əmin olmaq üçün isə sadəcə bunu etmək lazımdır: Google-da adını axtarışa vermək. Bu zaman Ermənistanın xarici işlər nazirliyinin saytında maraqlı bir məlumatla qarşılaşacaqsınız. "> Məlumatda deyilir ki, bu il aprelin 7-də Vyanada `erməni soyqırımı`nın 100 illiyilə bağlı keçirilən tədbirin əsas dəstəkçisi və təşkilatçısı məhz Lunaçek olub.



…Göründüyü kimi, Dinaranın imdad istədiyi bütün şəxslər qatı ermənipərəstdirlər. Bu, təsadüfdürmü? Ümumiyyətlə, siyasətdə təsadüflər olurmu? Avropa struktirlarında yüksək rütbə tutanların arasında ermənipərəst olmayan da xeyli insan var. Bəs Dinara onlara niyə müraciət etməyib? Cavab sadədir: ermənipərəst olmayan adam bu məsələdə həqiqəti deyə bilər, həqiqət isə Dinaraya sərf etmir!

AzVision.az


Teqlər:  





Xəbər lenti