İlham Əliyev kralı təbrik edib

İlham Əliyev kralı təbrik edib
  05 İyun 2013    Oxunub:1153
Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"İsveçin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası və İsveç Krallığı arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın və ölkələrimizin maraqlarına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Teqlər:  





Xəbər lenti