Saxta maliyyə arayışı hazırlayanlar

Saxta maliyyə arayışı hazırlayanlar
  19 Fevral 2013    Oxunub:5444
Baş Prokurorluq yeni korrupsiya faktı aşkarlayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin tikinti işləri üzrə direktoru vəzifəsində işləmiş Süleymanov Qüvvətəli Hacıbaba oğlunun həmin vəzifədən çıxdıqdan sonra tanışı Xəlilov Rauf Nizami oğlu ilə qabaqcadan razılaşmaqla dələduzluq yolu ilə vətəndaş Verdiyev Qəmbər Yusif oğlunun külli miqdarda pulunu ələ keçirmələri faktları aşkar edilib.

Belə ki, Q. Süleymanov tanışı R. Xəlilovla əlbir olaraq cəmiyyətin Bakı şəhərində inşa etdiyi yaşayış binasından mənzil almaq istəyən Q. Verdiyevin etibarından sui-istifadə edərək sahəsi 217 kvadratmetr olan 4 otaqlı mənzil üçün 325 min 500 manata satılması barədə saxta müqavilə bağlayıb pulun qəbul edilməsi barədə saxta maliyyə arayışı yazıb təqdim etməklə sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti