`Neftçi`dən Avropa Liqaya vida - VİDEO

Şotlandiyalı baş hakim Kevin Klansinin idarə etdiyi oyunun ikinci hissəsində "Neftçi"nin futbolçuları təşəbbüsü ələ alıblar. Oyunun 71-ci dəqiəsində Araz Abdullayevin vurduğu qol "Neftçi"ni hesabda önə çıxarıb. Oyunun 91-ci dəqiqəsində monteneqrolu futbolçu İvan Vukoviç hesabı bərabərləşdirib.
Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında Bakıda təşkil olunan oyunda da qalib müəyyənləşməmişdi - 2:2. İki oyunun nəticəsinə görə "Neftçi" Avropa Liqası yarışalarında iştirakını yekunlaşdırıb.