Gürcülər `Qəbələ`dən UEFA-ya şikayət edir

Gürcülər `Qəbələ`dən UEFA-ya şikayət edir
  10 İyul 2015    Oxunub:3349
Tiflisin `Dinamo` klubu ötən gün `Qəbələ` ilə baş oyunda baş verən insidentlə əlaqədar olaraq UEFA-ya müraciət etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Nikolaz Cqarkava `Rustavi 2` telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, klub hadisə ilə bağlı bəyanat yayacaq və öz mövqeyini ortaya qoyacaq. O, həmçinin hadisə ilə bağlı UEFA-nı məlumatlandıracaqlarını vurğulayıb.

Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.

“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər. Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.
Qəbələli azarkeşlər ardınca növbəti pankartlar açıblar. Bu dəfə “Borçalı Azərbaycanındır”, “Sarvan no Marneuli” yazısı ilə yanaşı, “Bostandere No Rustavi” və “Choruk Gemerli! No Bolnisi!” pankartları da qaldırılıb. Lakin polislər yenidən müdaxilə edərək, pankartı yığışdırıblar.

Azarkeşlər həmçinin tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritəni də açıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti