“İstəmirəm nazir gəlib tamaşalarıma baxsın” – Amaliya Pənahova

  11 İyul 2015    Oxunub : 3321
“İstəmirəm nazir gəlib tamaşalarıma baxsın” – Amaliya Pənahova
“Prezident İlham Əliyev Azərbaycanda mədəniyyət və turizmin inkişafı üçün böyük işlər görür, lazımı tapşırıqlar verir. Nazir Əbülfəs Qarayev də həmin tapşıqları vaxtında və düzgün yerinə yetirir”.
Bunu AzVision.az-a açıqlamasında Xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahova deyib.

Bu yaxınlarda dövlət səviyyəsində 70 illik yubileyi keçirilən aktrisa A. Pənahova Mədəniyyət və Turizim Nazirliyi tərəfindən sənətə, sənətkara göstərilən qayğıdan söhbət açaraq bildirib ki, nazir Əbülfəs Qarayevin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

“Əbülfəs müəllim elə-belə adam deyil. Onun sanballı nəsli-kökü var. Nazirimizin özü çox yaradıcı insandır və belə bir ailədə də dünyaya göz açıb. Mən Əbülfəs Qarayevi lap gənc yaşlarımdan tanıyıram. O, Tofiq Kazımovun qızı ilə ailə həyatı qurub. Mən həmişə onların ailəsi ilə qaynayıb-qarışmışam. Ailəyə yaxın olduğum üçün onların sənətə münasibətini də öz gözlərimlə görmüşəm”.

Aktrisa nazir Əbülfəs Qarayevlə gözəl münasibətlərinin olduğunu deyib.

“Yubileyimdə nazir çox gözəl çıxış etdi. O, bütün tədbirlərdə, istər teatrımızn 120 illiyində, istərsə də digər görkəmli şəxsiyyətlərin yubileylərində, xatirə gecələrində olsun gözəl nitq söyləyir. Nazirimizin fəaliyyətini cənab prezidentimiz daha yaxşı qiymətləndirir. Biz də yaradıcı insanlar olaraq onun fəaliyyətini çox yüksək qiymətləndiririk”.

Xalq artisti həmçinin nazirlə olan xoş xatirələrini də bölüşüb: “Mən teatrda çalışdığım dövrdə onu Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda görürüdüm. Nazirlə şəxsi dostluğum yoxdur. Onun bizə qarşı münasibəti çox gözəldir. Mən nazirimizin təriflərini yubiley mərasimində eşitdim. Buna görə çox sevindim. Ona öz təşəkkürümü də bildirdim. Biz onunla iclaslarda görüşürük.

Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasının primyerası üçün Vyanaya getmişdik. Nazirimiz orda ucaldılan Üzeyir Hacıbəyovun heykəlinin açılışında iştirak etdi. Onun yolçuluğu çox yaxşıdır. İnsanlarla çox yaxşı ünsiyyət qurur və xeyirxah insandır. O, sənətə, sənətkara qarşı diqqətlidir”.

Sonda isə A.Pənahova nazir Ə. Qarayevi tamaşalarında görmək istəmədiyini də dilə gətirib: “Nazirimizin tamaşalarıma gəlib baxmasını istəmirəm. Çünki nə vaxtsa, mənim binam olsa, onun tamaşalarıma baxmasını istəyərəm. Hələ ki, bizim teatrın binası yoxdur. Biz pərakəndə çıxışlar edirik. Ürəyimdən keçir ki, Bakı Bələdiyyə Teatrının bir gün öz binası olsun. İndi teatrlara çox böyük diqqət göstərilir. Yəqin bu diqqət bizə də gəlib çatacaq”.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: