Futbolda yeni rekord - 38:0

Futbolda yeni rekord - 38:0
  07 İyul 2015    Oxunub:1248
Morsbi limanında (Papua Yeni Qvineya) 15-ci Sakit Okean oyunları keçirilir. Oyunlar çərçivəsində Fici yığması futbol tarixində ən böyük qələbəni əldə edib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, sakit Okean oyunlarının qrup turnirinin Rio-de-Janeyroda Olimpiya Oyunları-2016-nın təsnifləşdirici matçında ficiyalılar Mikroneziya komandasını 38:0 hesabı ilə darmadağın ediblər. Turnirin birinci matçında Fici yığması Taiti komandasına 30:0 hesabı ilə qalib gəlib.

Təəssüf ki, ficiyalıların bu qələbəsi Ginnesin rekordlar kitabına daxil edilməyəcək, belə ki Mikroneziya hal-hazırda FİFA-ya daxil deyil.

Beləliklə də, rəsmi rekord əvvəlki kimi Avstraliyanın Amerikanın “Samoa”sı üzərində Dünya Çempionatı 2002-də 31:0 hesabı ilə başa çatan qələbəsi hesab ediləcək.


Teqlər:





Xəbər lenti