`Qarabağ Üçün Oxu - 2`-nin çalışmaları başladı

`Qarabağ Üçün Oxu - 2`-nin çalışmaları başladı
  14 İyul 2015    Oxunub:5260
`Qarabağ Üçün Oxu` layihəsinin ikinci buraxılışının üzərində iş artıq başlayıb. Layihənin yaradıcı heyəti oxunacaq mahnıları müəyyənləşdirib, birinci mərhələyə - studiya yazılışlarına start verilib.

İkinci buraxılış bəzi cəhətlərinə görə birincidən fərqlənəcək. Belə ki, birinci buraxılışda layihənin adından irəli gələrək, vətənpərvərlik mövzusuna çox yer ayrılmışdı. Üç mahnıdan ikisi patriotik mahnı idi. İkinci buraxılış elə olmayacaq.

- Bu dəfə iki mahnı ifa edəcəyik. Onların ikisi də cəmiyyətdə çox sevilən lirik mövzulu mahnılardır. Biri həzin, o biri isə hərəkətli tempdədir,- deyə layihənin bədii rəhbəri Rəmal Rəsul AzVision.az-a bildirib.

Birinci buraxılışda olan peşəkar musiqiçilərin çoxu ikincidə də iştirak edəcəklər. Amma eyni zamanda, yeni iştirakçılar üçün də kastinq keçirilir. Maraqlananlar layihənin bədii rəhbəri Rəmal Rəsula (050 362 17 39) və ya koordinator Yaqub İlyasova (077 607 99 44) müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ Üçün Oxu” AzVision.az saytının layihəsidir. Layihənin rəhbəri saytın baş redaktoru Vüsal Məmmədovdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti