`Qarabağ` `Rudar`ı uda bilmədi

`Qarabağ` `Rudar`ı uda bilmədi
  16 İyul 2015    Oxunub:2651
UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” komandası ilə qarşılaşıb.

Qarşılaşmada komandamız üstün oyun nümayiş etdirsə də qələbə qazana bilməyib.

Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ"ən start heyətində İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıxov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana və Reynaldo yer alıblar.

"Rudar"ın heyətində isə meydana Miloş Radanoviç, Jorje Juriç, Duşan Nesteroviç, Radule Jivkoviç, Miroe Yovanoviç, Mirko Radişiç, İvan Knejeviç, Predarq Brnoviç, Nedelko Vlaxoviç, Marko Vukoviç və İqor İvanoviç çıxıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti