Sınaq imtahanlarının nəticəsi açıqlandı

Sınaq imtahanlarının nəticəsi açıqlandı
  19 Fevral 2013    Oxunub:1790
Sınaq imtahanının nəticələri TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 17-də magistraturaya hazırlaşan gənclər üçün magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, sınaq imtahanının nəticələri TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.

Sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan keçib.


Teqlər:





Xəbər lenti