Paytaxtın əsas yollarından biri bağlandı

Paytaxtın əsas yollarından biri bağlandı
  07 İyun 2013    Oxunub:1452
Tbilisi prospektində qısa müddət ərzində təmir-tikinti işləri başa çatacaq. Bu işlər başa çatana qədər sürücülərin alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu gün Bakıda daha bir yolda təmir işləri başlayıb.

Tbilisi prospektində İnqilab küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək yeni asfalt örtüyünün çəkilməsinə görə, sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.

Paytaxtın "20 yanvar" dairəsindən şəhər istiqamətində yolun sağ hərəkət istiqaməti üzrə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün bildirilir ki, Sumqayıt istiqamətindən şəhərə hərəkət edərkən avtovağzalın inzibati binası yanından üçüncü kəmər dairəvi yol ilə Badamdar qəsəbəsi və digər istiqamətlər üzrə, yaxud paytaxtın Tbilisi prospektindən Nəqliyyat Nazirliyinin inzibatı binası yanından kəsişdiyi hissədən Qəbələ meydanı, Həsənbəy Zərdabi küçəsi kəsişməsindən Yasamal və digər istiqamətlərə, həmçinin Şəfaət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Yasamal və digər istiqamətlərə alternativ yol kimi istifadə edilməsi məsləhət görülür.

AzVision.az



Teqlər:  





Xəbər lenti