Status-kvo dəyişməlidir

Status-kvo dəyişməlidir
  07 İyun 2013    Oxunub:1392
XİN mətbuat katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin «Kanal 24»-ə televiziyasına açıqlama verib
«Elə bir beynəlxalq təşkilat yoxdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsin. Mövcud status-kvo qəbuledilməzdir və dəyişməlidir». Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Türkiyənin «Kanal 24» televiziyasının «Küresel» verilişində bu açıqlama ilə çıxış edib:

"Bu münaqişənin həlli bütün bölgənin xeyrinə olacaq. Azərbaycan torpaqlarının işğalı davam edir, ATƏT-in Minsk Qrupu münaqişənin həllində daha fəal olmalıdır. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeləri hüquqi baxımdan çox güclüdür. "

Azərbaycan-ABŞ münasibətlərinə də diqqət çəkən Elman Abdullayev bildirib ki, dövlət katibi Con Kerrinin Xarici İşlər nazir Elmar Məmmədyarovla görüşündən sonra verdiyi bəyanat rəsmi Vaşinqtonun münaqişənin nizamlanması, regionda sülh və təhlükəsizliyin təminatında maraqlı olduğunu bir daha sübut edir. Mətbuat katibi NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlardan da danışıb:

"NATO sammitinin qərarına əsasən, İSAF missiyasının Əfqanıstanı tərk edəcəyi 2014-cü ildən sonra yeni missiya yaradılacaq. Bu missiyaya 8 dövlət daxil olacaq, onlardan biri də Azərbaycandır. Missiyanın əsas məqsədi Əfqanıstanda sülh və sabitliyin bərpası üçün vətəndaşlarla iş aparmaq olacaq."

Xarici İşlər Nazirliyinin mətbuat katibi ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazilərinin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlərin önəmini də vurğulayıb.


Teqlər:





Xəbər lenti