Erməni şahmatçılar Bakıya gəlir

Erməni şahmatçılar Bakıya gəlir
  22 İyul 2015    Oxunub:2613
FİDE prezidenti Kirsan İlümjinov Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Ermənistan prezidenti Serj Sarkisyan ilə erməni şahmatçıların Bakıda keçiriləcək şahmat üzrə Dünya çempionatında iştirakını müzakirə edib.

AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Şahmat Təşkilatının rəsmi saytında bildirilib.

Qeyd edilib ki, İlümjinov Ermənistan prezidenti, Ermənistan Şahmatçıları Federasiyasının rəhbəri Serj Sarkisyan ilə telefon danışığı keçirib, onunla erməni şahmatçılarının cari ilin sentyabrında Bakıda keçiriləcək Dünya kubokunda iştirakını müzakirə edib.

FİDE prezidenti bu tədbirdə erməni şahmatçılarının iştirakı məsələsində Sarkisyanın dəstəyini istəyib.

Ermənistan prezidenti qeyd edib ki, o, şahmatçı L.Aronyan, X.Melkumyan, Q.Sarkisyan, S.Ter-Saakayan ilə görüşüb və onlara yarışlarda iştirak etməyi məsləhət görüb.

İlümjinov FİDE prezidentini təbrik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə də danışıqlar aparıb.

Nazir əmin edib ki, Dünya kubokunun iştirakçılarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək.

O, FİDE prezidentinə bu həssas məsələnin həllində fəal iştirakına görə təşəkkür edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti