`Bizi olduqca çətin oyun gözləyir` - Qurban Qurbanov

`Bizi olduqca çətin oyun gözləyir` - Qurban Qurbanov
  22 İyul 2015    Oxunub:2579
Bizi olduqca çətin oyun gözləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna ciddi hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər.
Məlumata əsasən bu sözləri bu sözləri iyulun 22-də UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Monteneqronun “Rudar” klubunun qonağı olacaq Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, bizi yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir. Təbii ki, biz buraya uduzmağa yox, yaxşı nəticə əldə etməyə gəlmişik. Komandamız uğurlu nəticə üçün meydana çıxacaq.

Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçiriləcək matçı bolqarıstanlı referi Georgi Kabakov idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (Azertac)

Komandalar arasında Bakıda təşkil olunan oyunda hesab açılmamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti