“Yur dövrünün dünyası”ndan yeni rekord - VİDEO

“Yur dövrünün dünyası”ndan yeni rekord - VİDEO
  23 İyul 2015    Oxunub:2572
`Universal` və ` Amblin Entertainment` studiyalarının birgə istehsalı olan “Yur dövrünün dünyası” (Jurassic World, 2015) filmi dünya kinoteatrlarında 1,522 milyard dollar gəlir əldə edib.
Bu barədə AzVision.az ` The Hollywood Reporter`-ə istinadən xəbər verir.

Bu göstərici ilə dinozavrlar haqqında film dünya kino tarixində ən çox gəlir gətirən uçucu film olub. Ən çox gəlir gətirən filmlər siyahısına hələ də 2,788 milyar4d dollar göstərici ilə `Avatar` filmi başçılıq edir. İkinci pillədə rejissor Ceyms Kemeronun digər filmi `Titanik` gəlir. Bu film yaradıcılarına 2,186 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, bu “Yur dövrünün dünyası” (Jurassic World, 2015) filminin ilk uğuru deyil. Belə ki, film 13 gün ərzində dünya kinoteatrlarında 1 milyard dollardan çox gəlir gətirməklə kino tarixində özünəməxsus rekord qırıb.

“Yur dövrünün dünyası` filmi dinozavrlar haqqında 1993-cü ildən başlayan kinofranşizanın dördüncü filmidir. Azərbaycan kinoteatrlarında film bu ilin iyunun 11-dın etibarən nümayiş etdirilir. Kinofranşizanın ilk iki filmində rejissor Stiven Spilberq olub. Üçüncü və dördüncü filmlərdə isə o prodüser kimi çıxış edib.

“Yur dövrünün dünyası` filminin rejissoru Kolin Trevvordur. Filmdə baş rolları Kris Pratt, Brays Dallas Hovard, Tay Simpkins və başqaları ifa ediblər. Filmin istehsalına 150 milyondan çox pul xərclənilib. İki həftə ərzində film ona xərclənən vəsaitdən 7 dəfə çox gəlir gətirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti