Qadın güləşçilərimizin növbəti sınağı

Qadın güləşçilərimizin növbəti sınağı
  23 İyul 2015    Oxunub:2214
7-12 sentyabr 2015-ci il tarixdə ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək.
AzVision.az xəbər verir ki, dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz 24-26 iyul 2015-ci il tarixdə Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turnirdə iştirak edəcək.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti