“Real Madrid”dən Ronaldoya inanılmaz təklif

“Real Madrid”dən Ronaldoya inanılmaz təklif
  07 İyun 2013    Oxunub:1503
“Real Madrid”dən Ronaldoya 14 milyon avroluq təklif
“Real Madrid” klubu Neymardan sonra, Kriştiano Ronaldonu da əldən vermək istəmir. Buna görə də klub transfer xəbərləri yayılan ulduz futbolçuya müqaviləni 2018-ci ilə qədər uzatmağı təklif edib.

AzVision.az xəbər verir ki, əgər Ronaldo müqavilənin uzanmasına razılıq versə, ildə 10 milyon deyil, 14 milyon avro qazanacaq. Portuqaliyalı ulduz təklifi qəbul edərsə, bu müddət ərzində klubdan 60 milyon avro qazanacaq.

İspaniya mətbuatının iddialarına görə, bu məbləğdən başqa, ulduz oyunçuya çempionluq, qol və qızıl top mükafatı üçün də ayrıca ödəniş ediləcək.



Teqlər:  





Xəbər lenti