Ənənəvi olimpiada terroru Bakıda niyə olmadı? - TƏHLİL

Ənənəvi olimpiada terroru Bakıda niyə olmadı? - TƏHLİL
  24 İyul 2015    Oxunub:10475
Beynəlxalq səviyyədə hər hansı tədbirin keçirilməsi zamanı ağla ilk olaraq təhlükəsizlik sisteminin hansı səviyyədə təmin olunması gəlir.

Əslində, tarixə nəzər salsaq, görərik ki, terror aktları ilə müşayiət olunmayan çox az sayda Olimpiya Oyunları baş tutub.

1970- ci ildən bu günə kimi keçirilmiş Yay və Qış Olimpiya oyunlarının böyük əksəriyyətində ya ciddi terror akları törədilib, ya da terror aktlarının törədiləcəyi ehtimalları rəsmi şəkildə müzakirə olunub.

“Global Terorism Database” – dən əldə etdiyimiz məlumatlara əsasən, 1970-ci ildən indiyədək baş tutmuş Olimpiya Oyunlarında terror aktlarının hansı səviyyədə törədildiyini aşağıdakı cədvəldə əyani şəkildə görə bilərik:



Cədvəldən də göründüyü kimi indiyədək baş tutmuş Olimpiya Oyunlarının böyük əksəriyyəti terror hücumları ilə müşayiət olunub. “Global Terorism Database” - ə istinadən deyə bilərik ki, 1972-ci ildə Yaponiyada, 1976-cı ildə Kanadada, 1980-cı ildə SSRİ-də, 1984-cü ildə Yuqoslaviyada və 2000-ci ildə Avstraliyada keçirilmiş Yay Olimpiya Oyunlarının nə ərəfəsində, nə də oyunlar davam edərkən heç bir terror aktı törədliməyib.

Bundan başqa 1988-ci ildə Cənubi Koreyada və Kanadada, 1998-ci ildə Yaponiyada, 2004-cü ildə Yunanıstanda və 2010-cu ildə Kanadada keçirilən Olimpiya Oyunların davam etdiyi müddət ərzində elədə ciddi ölümcül terror aktı törədilmədi.

Almaniyanın tarixindəki qara ləkə..

Bütün dünyaya təhlükəsiz ölkə dərsi və demokratiya öyrədən Almaniya inkişafının ən yaxşı illərində ölkəsini qoruya bilmədi.

Olimpiya Oyunları tarixində ən genişmiqyaslı terror aktları 2008-ci ildə Pekində baş tutmuş Yay Olimpiya Oyunları ərzində törədilib. Ən çox insan itkisi ilə müşayiət olunan terror aktları isə 1972-ci ildə Münihdə keçirilən Yay Olimpiya Oyunlarında törədilib. Xatırladaq ki, Münih Olimpiya Oyunlarında törədilən terror aktları nəticəsində 16 nəfər öldürülmüşdü. 1996-cı ildə ABŞ-da keçirilən Yay Olimpiya Oyunlarında törədilmiş terror aktlarında isə 110 nəfər yaralanmışdı. Olimpiya Oyunları tarixində ən çox terror aktları isə 1992-ci ildə İspaniyada keçirilən oyunlarda baş vermişdi.

2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında terror olacağı ehtimalları ciddi şəkildə səslənirdi. Buna görə də önləyici tədbirlər görüldü. Xöşbəxtlikdən, bu oyunlarda heç bir terror aktı törədilmədi.

Bəs Azərbaycan necə oldu ki, terror olaylarından yan keçdi?

2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etdi. Bəziləri bu oyunlar ərəfəsində və oyunlar davam edərkən ciddi terror aktlarının törədiləcəyi ehtimallarından danışırdılar. 2012-ci ildə Avroviziya mahnı müsabiqəsində ölkədə genişmiqyaslı terror aktlarının qarşısı Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının apardığı uğurlu əməliyyat nəticəsində alınmışdı.



25 mindən artıq polis cəlb olunmuşdu....

Qeyd edək ki, Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə 6 mindən artıq idamnçı, 30 minə qədər isə xarici turist təşrif buyurmuşdu.

Daxili İşlər Naziri Ramil Usubov oyunlar sonrası aşağıdakı fikirləri bildirib:

“I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük bir fəaliyyət ortaya qoyub”.

Oyunlarda təhlükəsizliyin təmin olunması üçün Hüquq Mühafizə Orqanları gücləndirilmiş iş rejimində çalışırdılar. Milli Təhlükəsizlik Nazirliyi ilə Daxili İşlər Nazirlliyi qarşılıqlı fəaliyyət göstərirdilər. Oyunlar davam edərkən asayişin yüksək səviyyədə təmin olunması üçün 25 mindən artıq polis və Daxili Qoşunların əməkdaşları cəlb olunmuşdu.



Nəticə etibarilə, Azərbaycan irimiqyaslı idman layihəsini uğurla başa vurdu. Ölkəmizdə baş tutmuş Olimpiya Oyunlarının nə ərəfəsində, nə də ki oyunlar davam edərkən heç bir ixtişaş, terror aktı törədilmədi. Bu fakt ölkəmizdə təhlükəsizliyimzin yüksək səviyyədə təmin olunmasının əyani göstəricisidir. Azərbaycan bu oyunları təhlükəsiz şəkildə həyata keçirməklə əslində, gələcəkdə daha irimiqyaslı layihələrə ev sahibliyi edə biləcəyini sübut etdi. (Femida.az)




Teqlər:  





Xəbər lenti