Deputata “Şöhrət” verildi

Deputata “Şöhrət” verildi
  07 İyun 2013    Oxunub:1409
Prezident millət vəkili Asim Mollazadənin “Şöhrət” ordenilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
A.N. Mollazadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Asim Nazim oğlu Mollazadə “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 7 iyun 2013-cü il

AzVision.az


Teqlər:  





Xəbər lenti