Məleykə Abbaszadə daha bir görüş keçirdi

Məleykə Abbaszadə daha bir görüş keçirdi
  07 İyun 2013    Oxunub:1324
TQDK sədri 20 vətəndaşın problemini dinlədi
AzVision.az Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytın a istinadən xəbər verir ki, TQDK sədri Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və Ismayıllı rayonlarının sakinləri ilə görüşüb, sakinlərin müraciətlərini dinləyib.

Ümumilikdə qəbulda 20-dək vətəndaş iştirak edib.
Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.
Bundan başqa, sakinlər Komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər.

Qəbul zamanı TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.


Teqlər:





Xəbər lenti