ABŞ-da Səfəvilər dövrünə aid xalça 33 milyona satılıb

ABŞ-da Səfəvilər dövrünə aid xalça 33 milyona satılıb
  07 İyun 2013    Oxunub:2074
Səfəvilər dövrünə aid xalça ABŞ-da keçirilən hərracda rekord qiymətə satılıb.
1925-ci ildə Montana ştatından olan senator Uilyam Klark tərəfindən Vaşinqtonda yerləşən Korkoran incəsənət qalereyasına hədiyyə edilmiş xalçanın üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilib.

AzVision.az apa-ya istinadən xəbər verir ki, “Satby” hərrac evinin yaydığı məlumata görə, uzunluğu 3, eni 2 metr olan xalçanı telefon vasitəsilə adının açıqlanmasını istəməyən alıcı 33 milyon 765 min dollara alıb.

Qeyd edək ki, İran kütləvi informasiya vasitələri xalçanı İran xalçası kimi təqdim ediblər.

Ancaq “Satby” hərrac evi xalçanın XVII əsrə aid olduğunu açıqlayıb. Həmin dövrdə də indiki İran ərazisində Azərbaycan Səfəvilər dövləti hökm sürüb və məhz I Şah Abbasın əmri ilə dövlətin bütün əyalətlərində, xüsusilə Şirvan, Qarabağ, Gilan, Kəşan, Kirman, Təbriz, Ərdəbil, Astrabad, Məşhəd, İsfahan kimi iri mərkəzlərdə xalçaçılıq və toxuculuq emalatxanaları yaradılıb.


Teqlər:  





Xəbər lenti