Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  10 İyun 2013    Oxunub:1074
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti