`Haqlı olan Azərbaycandır`
XİN başçısı Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
İki ölkə arasında iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq məqsədilə müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir, həmçinin əməkdaşlığın genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılması və ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasının zəruriliyini də diqqətə çatdırıb.
Elmar Məmmədyarov, Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımının tanınması və “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması və onlara hörmətlə yanaşılması” barədə qətnamə qəbul etdiyini xatırladıb. Xocalı Soyqırımına dair qətnamənin qəbul olunmasını yüksək qiymətləndirib və təşəkkürünü bildirib.
“Bizim ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün geniş plan və imkanlarımız var. Nazirin ölkəmizə səfəri münasibətlərimizi inkişaf etdirmək üçün yeni imkanlar açacaq”-deyə nazir vurğulayıb.
Bosniyalı nazir isə Bakı və Sarayevonun 30 ildən artıqdır qardaşlaşmış şəhərlər olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəsi Azərbaycanın biznes mühitində aktiv təmsil olunmasında, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, infrastruktur sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Zlatko Laqumçiya Azərbaycanla siyasi sahədə yüksək əməkdaşlığın mövcud olduğunu və Bosniya parlamentinin fevral ayında qəbul etdiyi qətnamənin Bosniyalı nazir, həmçinin Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirib və təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bu kimi layihələrin reallaşması ikitərəfli əlaqələri daha da möhkəmlədir.
Qeyd edək ki, Görüşdə bir sıra iqtisadi məsələlərin, o cümlədən Azərbaycanın Bosniya və Herseqovinada dəmir yolunun tikintisində iştirakı məsələsinin müzakirə olunub.
AzVision.az