Nazir Roland Kobianı qəbul edib
Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir Roland Kobianın xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyətdən məmnunluq ifadə edən R.Kobia Avropa İttifaqının Azərbaycanla hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulayıb. Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək dəyərləndirib, birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" layihəsinin uğurla icra olunacağına əminliyini bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
AzVision.az