“Fənərbağça” 2, “Beşiktaş” isə 1 il UEFA-dan kənarlaşdırıla bilər

“Fənərbağça” 2, “Beşiktaş” isə 1 il UEFA-dan kənarlaşdırıla bilər
  10 İyun 2013    Oxunub:1827
UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”la bağlı iyunun 21-də, “Fənərbağça ilə bağlı isə iyunun 22-də qərar verəcək.
UEFA müfəttişləri Türkiyənin iki böyük klubu – “Fənərbağça” və “Beşiktaş”la bağlı dosyeləri UEFA-nın cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərilib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, müfəttişlər “Fənərbağça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər.

Bununla yanaşı “Fənərbağça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması tələb edilib. “Beşiktaş”a gəldikdə isə, bu klubun builki UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub.

Bütün bunlarla bağlı UEFA Nizam-İntizam Komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbağça ilə bağlı iclası da iyunun 22-nə təyin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti