Dənizdə boğulan şəxs xilas edilib

Dənizdə boğulan şəxs xilas edilib
  11 İyun 2013    Oxunub:1340
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə bir nəfər batma təhlükəsi ilə üzləşib.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 18:15-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti