Beş istiqamətdə atəşkəs pozulub

Beş istiqamətdə atəşkəs pozulub
  11 İyun 2013    Oxunub:1158
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti