Xakerlər Apple-a hücum edib

Apple rəsmilərinin dediyinə görə, bu hücumu təşkil edənlər Facebook sosial şəbəkəsinə hücum edən xakerlərdir.
Qeyd edək ki, bir müddət əvvəl Amerikanın kibertəhlükəsizliklə məşğul olan Mandiant şirkəti çinli xakerləri onların resurslarına hücum etməkdə günahlandırıb. Mandiant şirkətinin dediyinə görə, çinli xakerlər terabaytlarla məlumatları oğurlayıblar.