Məktəblərdə yasaqlanacaq qidalar

Məktəblərdə yasaqlanacaq qidalar
  12 İyun 2013    Oxunub:1181
Uşaq qidaları ilə bağlı standart qəbul olunub, bu ilin sentyabrın 2-də qüvvəyə minəcək.
“Yaxın vaxtlarda məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı açıqlanacaq”. AzVision.az xəbər verir ki, bunu mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövılət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib. Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda işə obyektlərinə məhsul verən müəssisələr ciddi nəzarətə götürüləcək.

“Bununla bağlı digər müvafiq dövlət orqanları ilə birgə iş aparacayıq. Keçmiş isti yeməklərin, yarımfabrikatların məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyəcək. Uşaq qidaları ilə bağlı standart qəbul olunub, bu ilin sentyabrın 2-də qüvvəyə minəcək. Qadağan edilən məhsulların siyahısı bu günün sonuna qədər ictimaiyyətə açıqlanacaq”-deyə Ə.İmanov vurğulayıb.


Teqlər:  





Xəbər lenti