Erməni azərbaycanlıya atəş açdı-VİDEO

Erməni azərbaycanlıya atəş açdı-VİDEO
  13 İyun 2013    Oxunub:1172
Internetdə ermənin azərbaycanlıya atəş açdığını göstərən video yayımlanıb.
İnsident Yaroslavlda baş verib.“RİO” ticarət mərkəzində biri erməni, digəri azərbaycanlı oluğu bildirilən iki şəxsin davası müşahidə kameraları ilə lentə alınıb. YouTube-da yayımlanan videoda erməninin azərbaycanlıya travmatik silahdan atəş açdığı görünür.

Qeyd edək ki, görüntülərdə dava edənlərin kimliyini dəqiq müəyyən etmək olmayıb. Xatırladaq ki, bir müddət əvvəl Yaroslavlda ticarət mərkəzinin qarşısında atəş açan şəxsin yaxanlandığı barədə xəbər yayılıb.

Həmin şəxsin adı açıqlanmasa da onun 1986-cı ildə anadan olduğu bildirilir. Onun üzərində travmatik tapanca aşkar edilib. Erməni mağazanın daimi müştərisi olduğuna görə, ona zəng edib və açarının tapıldığını bildiriblər. O geri qayıdıb. Daha sonra tərəflərdən birinin zarafatı digərinin xoşuna gəlməyib və dava başlayıb.


Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti