O qızı tapın - Məşhur fotoqraf metroda gördüyü qızı axtarır
Fotoqraf bildirib ki, xeyli müdətdir metroda gördüyü bir qızı axtarır və insanlardan onu tapmaqda yardımçı omalarını xahiş edir.
Bir dəfə metro ilə gedirdim. Gəldim bir xanımla üz-üzə oturdum. O, mənə baxırdı, mən də ona. Qız baxanda utanıb gözlərini çəkirdi. Düzünü desəm, mən də diqqətlə onun üzünə baxmırdım. Utanırdım. Çünki gözlərini kiməsə zilləyib diqqətlə baxmaq hər halda, yaxşı deyil. Yalnız gözlərini yana çəkəndə baxırdım.
Biri var qız reallıqda qəşəng olsun, foto da piş düşsün. Biri də var reallıqda qəşəng olmasın, fotoda yaxşı düşsün. Qıza hər tərfdən baxırdım və fikirləşirdim ki, o şəkildə alınar ya yox. Sonra bir neçə saniyə keçdi. Yadıma aktrisa Odri Hepbern gəldi. Onda fikirləşdim ki, yüz faiz şəkildə alınacaq. Çünki çox oxşayırdı.
Qıza necə yaxınlaşacağımı bilmirdim. Lal kimi oturmuşdum. Həmişə üstümdə vizitka olurdu, həmin gün tərslikdən yox idi. Layihəyə uyğun hesab etdyim qız görəndə bu vizitkanı çıxardıb verirəm.
Fikirləşdim ki, necə edim. Yaxınlaşım deyim ki, nömrəni ver mənə, deyəcək ki, get, işinlə məşğul ol. Yarım saat telefon nömrəmi ona diktə edəcəm, heç onu da yazamayacaq. Necə edim, neyləyim deyə fikirləşirdim. Artıq Sahil metrosuna çatırdım. Həm də görüşə gecikirdim.
Bir məqamı da vurğulayım ki, onun sinəsində yanıq izi var idi. Görünür, uşaq vaxtı nəsə olmuşdu. Çalışırdı ki, mən yanığı görməyim. Ancaq başa düşmürdü ki, əli ilə gizlətsə, mənim diqqətimi çəkəcək. Ola bilər mən onun xoşuna gəlmişəm və ya nəsə olub ki, o sinəsini bağlayırdı ki, bunu görməyim. Başa düşdüm ki, qızın çox böyük kompleksi var. Çünki fiqurası, siması yaxşıdır. Amma oranı bağlayır. Qatardan çıxanda bilmədim nə deyim. Yaxınlaşdım dedim, olar sizə bir söz deyim. O da dedi ki, əlbəttə. Dedim, Azərbaycanda çox gözəl qız görmüşəm. Amma siz çox gözəlsiniz və bunu bağlamaq və utanmaq lazım deyil. O, güldü. Və qapı bağlandı, mən də çıxıb getdim.
Onunla üzbəüz oturanda heç layihə ağlıma gəlmədi. Lal olmuşdum. Beyin də keyimişdi. Qatardan çıxandan sonra deyirəm ki, layihə yadıma düşsə idi, mütləq yanında oturub danışardım. Çünki layihə yadıma düşəndə mən hər şey edirəm ki, o alınsın. Siması çox qəşəng xanım idi. Hardasa 22-23 yaşı olardı.
Onun gözəlliyinə vurulmuşdum. Layihə onunla alınsa idi, yaxşı olardı. Onu tapmağa ümidim bir tərəfdən çoxdur, o birisi tərəfdən yoxdur. Bu xanımı tanıyanlardan xahiş edirəm, mənə müraciət etsinlər, kömək etməkdən çəkinməsinlər.
Şahanə Rəhimli