Bayramda təqaüdçülərin pensiyası veriləcək

Bayramda təqaüdçülərin pensiyası veriləcək
  20 Fevral 2013    Oxunub:2248
Dövlət Sosial Müdafiə Fondu təqaüdçülərin pensiyalarının Novruz bayramından əvvəl verilməsini təmin edəcək.
Novruz bayramı ərəfəsində bütün təqaüdçilər pensiyalarını ala biləcəklər. Bu barədə Dövlət Sosial Müdafiə Fondununun sədri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bildirib: "Bayrama qədər bütün təqaüdçülərin öz pensiyalarını alması üçün Fond tərəfindən bütün zəruri işlər görülür. Bundan sonra pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafilki bir qədər də irəli çəkiləcək".

Onun sözlərinə görə, pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək mümkün olacaq. Respublika tabeli şəhərlər üzrə isə, hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə isə hər ayın 29-dək yekunlaşacaq.


Teqlər:





Xəbər lenti