Mingəçevir Dram Teatrı 47-ci mövsümü açdı

Mingəçevir Dram Teatrı 47-ci mövsümü açdı
  14 Sentyabr 2015    Oxunub:2251
Sentyabrın 12-də xeyli sayda teatrsevərlərin Türkiyədən, Azərbaycanın müxtəlif bölgələrindən gələn dostlarınin iştirakı ilə teatr yeni mövsümünu açıq elan edərək, tamaşaçıların görüşünə gəlib.

İlk olaraq Mingəçevir şəhər İcra hakimiyyəti teatrın 6 əməkdaşını diplom və fəxri fərmanlarla təltif edib. Bunlar xalq artisti Zülfüqar Abbasov, əməkdar artist Ella Yaqubova, quruluşçu rəssam Yusif İmamverdiyev, sevilən aktyor Şıxı Yaqubov, Asim Məmmədov və gənc aktyor Paşa Salmanov idilər.

Türkiyədən gələn ali dərəcəli zabitlər də teatrın kollektivini diplomla təltif ediblər. Teatrın direktoru Səxavət Məmmədov bildirib ki, bu ilin sonuna kimi 3 tamaşa hazırlayacaqlar.

Daha sonra isə mövsüm xalq artisti Vaqif Əsədovun hazırladığı "İki yetimin taleyi" tamaşası ilə aciq elan edilib.


Teqlər:





Xəbər lenti