"Neftçi" "Palermo"dan oyunçu gətirir

"Neftçi" "Palermo"dan oyunçu gətirir
  14 İyun 2013    Oxunub:1606
Azərbaycan çempionu "Neftçi" İtaliya A Seriyasından futbolçu transfer edir.
Azerisport.az "La Qazzetta Dello Sport"a istinadən xəbər verir ki, "ağ-qaralar" "Palermo"nun pleymeykeri Nikolas Violaya elçi düşüb.

Məlumata görə, "Neftçi" Violanın özü və "Palermo" ilə razılığa gəlib. İndi futboçlunun transfer hüququnun yarısına sahib olan "Reggina" ilə də razılıq əldə olunmalıdı.

24 yaşlı futbolçunun agenti Paolo Dattola İtaliya mətbuatına açıqlamasında xəbəri təsdiqləyib: "Neftçi" Violaya yanvarda təklif göndərib. Amma həmin vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda "Palermo"da radikal dəyişikliklər etməyə gərək yox idi. Ancaq indi hər şey başqa cürdü. Viola tezliklə bu varianta dair qərarını verməlidi. Əlbəttə, təklif cəlbedicidi. "Neftçi" Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsində "ilişsə", Avropa Liqasının qrup mərhələsində oynaya bilər".

Qeyd edək ki, bu ilin 12 oktyabrın 24 yaşlı tamam olacaq Nikolas "Reggina"nın yetirməsidi. İtalyan pleymeyker peşəkar karyerasına da bu klubda başlayıb. O, 2008-2012-ci illərdə 70 dəfə "Reggina"nın formasını geyinib və 13 qol vurub. Viola yayda transfer olunduğu "Palermo"nun heyətinldə 6 oyuna çıxaraq 140 dəqiqə oynayıb və 1 sarı vərəqə alıb. "Palermo" 2012/13 mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B seriyasına düşüb.

Nikolas 2005-ci ildə İtaliyanın U-17 (4 oyun), 2006-2007-də U-18 (3 oyun), 2007-də isə U-19 (5 oyun, 3 qol) yığmalarında çıxış edib.

Viola Azərbaycan futbolunun tarixinə düşə bilər. Belə ki, transfer baş tutsa, o. ölkəmizdə oynayan ilk italyan olacaq.

Nikolasın 22 yaşlı kiçik qardaşı Alessio Viola da futbolçudu. O, "Reggina"ya məxsus olsa da, bu ilin əvvəlində İtaliyanın "Carpi" klubuna icarəyə verilib.


Teqlər:





Xəbər lenti