Vahid Ələkbərovun İlham Əliyevə simpatiyasını bildirməsi...

Vahid Ələkbərovun İlham Əliyevə simpatiyasını bildirməsi...
  14 İyun 2013    Oxunub:1018
AzVision.az xəbər verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, milət vəkili Aydın Mirzəzadə facebook səhifəsində Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovun Azərbaycan mətbuat orqanların müsahibəsinə münasibət bildirərkən deyib:

"Vahid Ələkbərov Rusiya vətəndaşıdır. O, şübhəsiz ki, xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizdə gedən proseslərlə maraqlanır. Azərbaycanın seçəcəyi sonrakı yol onun üçün də maraqlıdır.

Mənim üçün yaxşı xəbərdir ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ölkəmizin gələcəyini prezident İlham Əliyevdə görürlər. Vahid Ələkbərovun İlham Əliyevə simpatiyasını bildirməsi müsbət haldır. Vahid Ələkbərov Azərbaycan vətəndaşı olmasa da, onun şirkəti burada fəaliyyət göstərir, xaricdə də Azərbaycanla bağlı layihələrdə iştirak etməyə çalışır. Vahid Ələkbərovun bu çıxışı onun ana vətəni ilə bağlılığını göstərir. Ələkbərov kimi insanlar bu məsələdə düzgün mövqe tutublar”.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan mətbuat orqanların müsahibəsində şəxsən Azərbaycan prezidenti, həm də bütün azərbaycanlıların prezidenti İlham Əliyevi dəstəklədiyini bildirib.

Onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarı olduğunu və bu yöndə olan təşəbbüslərin hamısını dəstəklədiyini dilə gətirib.


Teqlər:  





Xəbər lenti